Qızıl medal, Paralimpiya Oyunlarına lisenziya

post-img

Güllə atıcımız Kamran Zeynalov Perunun Lima şəhərində keçirilən dünya çempionatının qızıl medalını qazanıb. 

Paralimpiyaçımız 50 metr mə­safəyə atışda 220.5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Azərbaycan atleti bu nəticəni əldə etməklə “Paris-2024” XVII Yay Para­limpiya Oyunlarına birbaşa lisenziya qazanıb. 

Leyla SABİRQIZI
XQ

İdman