Alliqator insanı udub

post-img

Florida ştatının Tampa şəhərində yerləşən “Florida nəbatat bağı”ndakı kanalda ağırlığı 13 fut olan alliqatorun ağzında insan qalıqları aşkar edilib. Sakinlərdən Jamarcus Bullard kanalın ətrafında gəzişərkən heyvanın insan cəsədini suyun dibinə çəkdiyini görüb. O, kömək məqsədilə yaxınlıqdakı yanğınsöndürmə məntəqəsinə müraciət edib. 

J.Bullard “Tampa TV” ka­nalına bu barədə danışarkən deyib: “Adətən, işə getmə­mişdən əvvəl bağı səyahət edirəm. Hər gün bu kanalın yanından ötüb keçirəm. Bu gün isə bədbəxtlikdən belə bir hadisənin şahidi oldum. Dü­şünürəm ki, gələn dəfə daha diqqətli olmalıyam”. 

Statistikaya görə, alliqa­tor hücumlarına olduqca na­dir hallarda rast gəlinir. Bu il Floridada ölümlə nəticələnən hücumlarla bağlı cəmi 2 xəbər var. 

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumat­ları da göstərir ki, 1999–2019-cu illər arasında ABŞ-ın cənub-şərqində cəmi 10 ölümcül alliqator hücumu baş verib. 

F. SALMANOVA
XQ

Dünya