Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək

post-img

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək. “XQ” qurumun saytına istinadən xəbər verir ki, ilk olaraq E, F, G və H qruplarında I turun qarşılaşmaları baş tutacaq.

Belə ki, günün ən çox maraqla gözlənilən oyunu Fransada keçiriləcək. PSJ doğmameydanda Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək.

Son çempion "Mançester Siti” isə  İngiltərədə Serbiyanın "Srvena Zvezda" komandasını sınağa çəkəcək.

Çempionlar Liqasında qrupları təqdim edirik:

Qrup mərhələsi

I tur

E qrupu

23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya)

23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya)

F qrupu

20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə)

23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu

20:45. “Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya)

23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)

H qrupu

23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika)

23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya)

Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də baş tutacaq.

Elçin ABBASOV,
XQ

İdman