Stolüstü tennisçilərimiz yarımfinalda

post-img

Stolüstü tennisçilərimiz Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı  “WTT Youth Contender” turnirində mübarizəyə uğurla başlayıblar. “XQ” Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, dünən yarışa qatılan təmsilçilərimizdən Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova 17 yaşadək idmançılar arasında, Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında qrup mərhələsini inamla adlayıb.

Qeyd edək ki, stolüstü tennisçilərimizdən dördü qrup mərhələsində erməni rəqibi üzərində qələbə çalıb. Aylin Əsgərova Mariam Ambarsumyanı 3-0, Mərziyyə Nurmətova Arianna Qalstyanı 3-0, Arzu Aslanova Ellada Gevoqyanı 3-1, Aysu Ağayeva isə Madlen Sarıbekyanı 3-0 hesabı ilə üstələyib. 

Növbəti mərhələdə Mərziyyə Nurmətova Arzu Aslanovanı, Aylin Əsgərova gürcüstanlı, Yağmur Məmmədli isə türkiyəli rəqibini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Final uğrunda görüşlər sabah keçiriləcək.

Elçin ABBASOV, 
XQ

İdman