Transferlərə ən çox pul ayıran klublar

post-img

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) ən bahalı heyətə malik futbol klublarının siyahısını açıqlayıb. "XQ" CİES-in rəsmi məlumatına istinadən bildirir ki, ilk “100-lük”də 19 müxtəlif liqanın komandaları qərarlaşıblar.

Mənbə qeyd edir ki, cəmi 4 klubun futbolçuları üçün xərclənən ümumi məbləğ 1 milyard avro təşkil edir ki, onlardan da 3-ü İngiltərə Premyer Liqasının təmsilçiləridir. Bunlar  “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti” klublarıdır.

Fransanın PSJ klubu da transferlərə 1 milyard avro xərcləyən klublar arasındadır.

Qeyd edək ki, ilk “100-lüy”ə Türkiyənin də üç klubu düşüb. “Fənərbağça” oyunçularının transferinə 114, “Qalatasaray” 84, “Beşiktaş” isə 54 milyon avro xərc çəkiblər.

İlk “10-luq” belədir. "Mançester Yunayted” (İngiltərə) – 1 milyard 150 milyon avro,  “Çelsi” (İngiltərə) – 1 milyard 134 milyon,  “Mançester Siti” (İngiltərə) – 1 milyard 42 milyon, PSJ (Fransa) – 1 milyard, “Arsenal” (İngiltərə) – 836 milyon, "Tottenhem” (İngiltərə) – 829 milyon, “Liverpul” (İngiltərə) – 770 milyon, “Real” (İspaniya) – 708 milyon, “Nyukasl” (İngiltərə) – 661 milyon,  “Aston Villa” (İngiltərə) – 505 milyon.

Elçin ABBASOV
XQ

İdman