Ərdoğan Liviyanın dövlət başçısına başsağlığı verib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Prezident Şurasının başçısı Məhəmməd əl-Manfi ilə telefonla danışıb. Məlumatı “Anadolu” verib. 

Türkiyə lideri ölkədə baş vermiş sel və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Liviyaya başsağlığı verib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə həmişə dost və qardaş Liviya xalqının yanındadır və mümkün olan hər cür köməyi göstərməyə hazırdır. 

Paşa ƏMİRCANOV
XQ

Dünya