Mərkəzi Asiya ölkələri dövlət başçılarının beşinci görüşü keçiriləcək

post-img

Mərkəzi Asiyanın beş ölkə başçısının beşinci məsləhətləşməsi sentyabrın 14-15-də Düşənbədə keçiriləcək. Bu barədə “Anadolu” xəbər yayıb. 

Məlumata görə, sammitdə bir sıra sənədlərin imzalanması gözlənilir. Onlardan ən vacibi dövlət başçılarının yekun bəyannaməsidir. 

Bir qədər əvvəl Tacikistan XİN bəyan etmişdi ki, Düşənbə 12 paralel tədbir, o cümlədən, iqtisadi forum, alimlər forumu, fəal qadınlar forumu, mədəni proqram və regionun beş ölkəsinin milli yeməklərinin sərgisini keçirməyi təklif edib. Eyni zamanda, Düşənbədə Aralın Beynəlxalq Xilası Fondu Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək. 

Bu gün məsləhətləşmə sammiti çərçivəsində beş ölkənin nəqliyyat nazirləri görüşür. 

Mərkəzi Asiyanın beş ölkə başçısının ötən görüşü 21 iyul 2022-ci ildə Qırğızıstanda keçirilib. Belə görüşlərin keçirilməsi ideyasını 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev verib. 

Paşa ƏMİRCANOV
XQ

Dünya