Azərbaycan-Kipr oyununu moldovalı hakimlər idarə edəcək

post-img

Qadınlardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında Kipr yığmasına qarşı keçirəcəyi matç üçün hakim təyinatları açıqlanıb.

XQ AFFA-ya istinadən bildirir ki, sentyabrın 22-də “Dalğa Arena”da keçiriləcık matçı moldovalı hakimlər briqadası idarə edəcək.

Məlumata görə, FİFA referisi Yelena Qobjilaya yan xətt hakimləri Nataliya Çeban və Ana Çibotaru kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Oksana Kruk yerinə yetirəcək.

Elçin ABBASOV,
XQ

İdman