Çempionlar Liqası: “Zirə” dörddəbir finalda

post-img

Minifutbol üzrə Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqası davam edir.

“XQ” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyununa çıxıb. Azərbaycan təmsilçisi səkkizdəbir finalda Macarıstanın “PFF Szanto” klubu ilə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn “Zirə” dörddəbir finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl "Birbaşa Bakı" eyni nəticəni göstərib.

Elçin ABBASOV,

XQ

İdman