Ərdoğan G-20 sammitində iştirak üçün Hindistana gedib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük İyirmilik”in 18-ci sammitində iştirak etmək üçün Hindistana gedib. Məlumatı “Anadolu” verib.

XQ xəbər verir ki, Türkiyə liderini vitse-prezident Cevdət Yılmaz, Ankara qubernatorunun müavini Abdulla Dolek və digər rəsmi şəxslər yola salıblar. Onu səfərdə XİN başçısı Hakan Fidan, xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşək, Milli İstihbarat Təşkilatının başçısı İbrahim Kalın, Prezident Administrasiyasının əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin müşaviri Akif Çaqatay Kılıç müşaiyət edirlər.

Ərdoğanın Hindistana səfəri sentyabrın 10-dək davam edəcək. O, sammitin “Vahid dünya, vahid ailə, vahid gələcək” mövzusunda iclasında iştirak edəcək. 

Ərdoğan iqlim dəyişikliyi haqqında çıxış edəcək, G-20 ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək. 

Paşa ƏMİRCANOV, 

XQ

Dünya