Çempionlar Liqası: “Birbaşa Bakı” da dörddəbir finala yüksəlib

post-img

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən minifutbol üzrə Çempionlar Liqası davam edir.

“XQ” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, minifutbol üzrə "Birbaşa Bakı" komandası liqada dörddəbir finala vəsiqəni təmin edib. 

Bakı təmsilçisi səkkizdəbir finalda Ukraynanın “Andezit” kollektivini 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu gün, həmçinin  Bakının daha bir təmsilçizi–“Zirə” eyni raundda Macarıstanın "PFF Szanto" klubunu məğlub edərək dörddəbir final mərhələsinə keçib.

Elçin ABBASOV,
XQ

İdman