Çempionluq uğrunda 6 komanda yarışacaq

post-img

2023-2024-cü illər mövsümündə futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların siyahısı müəyyənləşib.

“XQ” Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin qərarı ilə yarışda 6 komanda mübarizə aparacaq.

Buraya “Araz-Naxçıvan”, “Neftçi”, “Baku Fire”, U-19, “Yasamal-Baku” və “Record club” daxildir.  Sözügedən klublar çempionluq uğrunda mübarizə aparacaqlar. Dairəvi sistemlə keçiriləcək turnir 4 dövrədən ibarət olacaq. Mövsümə sentyabrın 26-da start veriləcək.

Elçin ABBASOV,

XQ

İdman