Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (67 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında mübarizəni erkən başa vurub.
“XQ”-yə Azərbaycan Ağır Atletika Federasiyasından daxil olan məlumatda bildirilir ki, körpücük üzərinə çıxan idmançı dizindəki zədə səbəbindən ilk yanaşmasından (128 kiloqram) sonra yarışdan imtina etmək qərarına gəlib.
Qeyd edilir ki, çempionat “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Sentyabrın 17-dək davam edəcək yarışda 894 atlet (469 kişi və 425 qadın) iştirak edir.
Elçin ABBASOV,
XQ