"Birbaşa Bakı" növbəti mərhələyə keçib

post-img

Minifutbol üzrə "Birbaşa Bakı" komandası bu gün Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci oyununa çıxıb.

"XQ" UEFA-nın rəsmi məlumatına istinadən bildirir ki, rəqib Moldovanın "Volta" kollektivi olub və qarşılaşma Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, bir gün öncə "Birbaşa Bakı" Yunanıstan çempionu “Maqufana”nı 3:1 hesabı ilə məğlub edib.

Bununla da, xallarının sayını 6-ya çatdıran "Birbaşa Bakı" səkkizdəbir finala vəsiqəni təmin edib.

Üçüncü görüşdəki rəqib Albaniyanın "Prestij" klubu olacaq. Matç bu axşqm 20:00-da başlayacaq.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman