Avropa çempionatında 7 cüdoçumuz gücünü sınayacaq

post-img

Bu gün Niderlandın Haaqa şəhərində gənc cüdoçular arasında Avropa çempionatı start götürür.

"XQ" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 7 üzvü tatamiyə çıxacaq.

Oğlanlar arasında Nizami İmranov (60 kiloqram), Nicat Nağıyev və Aydın Rzayev (hər ikisi 66 kiloqram) qüvvəsini sınayacaqlar.

Qız cüdoçulardan isə Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) mübarizəyə qoşulacaq.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman