Azərbaycan cüdoçusu dünya çempionatında yarımfinala yüksəlib

post-img

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada təşkil olunan dünya çempionatında növbəti görüşünə çıxıb.
Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda braziliyalı Viktor Huqo Silva ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Məmişov yarımfinala adlayıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman