Bədii gimnastlarımız dünya çempionatında mübarizəyə başlayırlar

post-img

İspaniyanın Valensiya şəhərində bədii gimnastika üzrə 40-cı dünya çempionatı start götürüb.

Azərbaycan Gimnastika Federasiyasından aldığımız məlumata görə, çempionatda ölkəmizi milli komandamızın üzvləri, fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova, Kamila Qafarova, eləcə də qrup hərəkətləri üzrə yığmamızın gimnastları - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzan təmsil edirlər.

Qeyd edilir ki, dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman