“Qarabağ” pley-offun ilk matçını Lyublyanada keçirəcək

post-img

“Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində səfərdə Sloveniyanın “Olimpiya” komandasına qarşı keçirəcəyi oyuna hakim təyinatları və hər iki görüşün başlanma vaxtı açıqlanıb.

UEFA-nın rəsmi saytında yerləşdirilən məlumata görə, qarşılaşmnı  Bolqarıstandan olan hakimlər heyəti idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi FİFA referisi Georgi Kabakova olacaq. Ona  Martin Marqaritov və Diyan Valkov laynsmanlar qismində yardımçı olacaqlar. Radoslav Gidzenov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada oynanılacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü isə avqustun 31-də Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da başlayacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman