Qazilər Quba Soyqırımı Memorial Kompleksində olub - FOTO

post-img

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilati dəstəyi ilə Quba rayonunda təşkil olunan "Hüququndan keçən əsgər" istirahət düşərgəsində 44 günlük Vətən müharibəsi iştirakçılarının, qazilərin istirahəti davam edir.

Düşərgə iştirakçıları və onlarla görüşə gələn qonaqlar layihə çərçivəsində bu gün Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Müharibə iştirakçılarına Memorial Kompleks haqqında məlumat verilib.

Qeyd edək ki, Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

30 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər. 

Bu il Memorial Kompleksin 10 ili tamam olur.

Son xəbərlər