"Sabah" da Konftans Liqasında mübarizəni dayandırıb

post-img

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Serbiyada "Partizan"ın qonağı olan "Sabah" klubu turnirdə mübarizəni dayandırıb.

Belə ki, matçın əsas vaxtı ənda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. 30-cu dəqiqədə Mateus Saldanya komandasınl hesabda irəli çıxarıb.57-ci dəqiqədə isə Bibras Natxo "Partizan"ın ikinci qolunu vurub.

Qeyd edək ki, Bakıdakı ilk görüşdə "Sabah" eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. Əlavə uzatma dəqiqələrində 116-cı dəqiqədə Kristian Beliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Buna baxmayaraq azlıqda qalan "Partizan" sonadək mübarizə aparıb. Əlavə vaxt qolsuz yekunlaşdığından 11 metrlik cərimə zərbələri (penaltilər) seriyası oynanılıb. Burada daha dəqiq oynayan "Partizan" klubu pley-offa yüksəlib.

Komanda pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman