“Neftçi” səfərdə uduzaraq mübarizəni dayandırdı

post-img

“Neftçi” bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununu keçirib.

"Ağ-qaralar” Türkiyədə “Beşiktaş”ın qonağı olub.

Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “Neftçi”nin İstanbulda bunun əvəzini çıxmaq şansı o qədər də yüksək deyildi. Baxmayaraq ki, səfər matçında hesabı məhz Azərbaycan təmsilçisi açıb və ilk yarını üstün tamamlayıb. Amma fasilədən sonra iki qol vuran “Beşiktaş” əzmkar qələbə qazanıb və mərhələ adlayıb-2:1. “Neftçi” isə avrokuboklarda mübarizəni dayandırıb.

E.ABBASOV,

"Xalq qəzeti"

İdman