"Qarabağ" pley-offa vəsiqəni təmin edib

post-img

Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Finlandiyada Helsinki şəhərinin HİK komandası cavab görüşündə (2:1-1:2) qələbə qazanıb. 

Qeyd edək ki, bu axşam keçirilən görüşün birinci hissəsində hesabı ilk açan tərəf HİK olub. Belə ki, 10-cu dəqiqədə Santeri Hostikkanın qolu ilə Finlandiya təmsilçisi hesabda irəli çıxıb. Lakin əzmkar oyun tərzi ilə həmişə fərqlənən "köhlən atlar" birinci hissəyə əlavə edilmiş vaxtda 11 metrlik cərimə zərbəsi ilə hesaba tarazlıq gətiriblər-1:1. "Qarabağ"ın heyətində Toral Bayramov fərqlənib.

İkinci hissədə daha fəal oyun nümayiş etdirən "Qarabağ" 55-ci dəqiqədə istəyinə nail olub. Belə ki, 55-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Yassin Benzia fərqlənib. Hesab "Qarabağ"ın xeyrinə 2:1 olub. Bundan sonra oyunda hesab dəyişməyib. Bununla da ağdamlılar UEFA Avropa Liqaaınd pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman