Malayziyada təyyarə magistral yolda qəzaya uğrayıb - VİDEO

post-img

Malayziyada hüquq-mühafizə orqanlarının əməkdaşları magistral yolda qəzaya uğrayan təyyarənin səbəblərini araşdırır.

Gazeta.ru xəbər verir ki, bu barədə CNA məlumat yayıb.

Hadisə Şah Aləm şəhəri yaxınlığında baş verib. Kiçik "Beechcraft" 390 təyyarəsi Lanqkavidən Subanq hava limanına uçub, lakin bir anda idarəetmə qülləsi ilə əlaqəni itirib.

Ümumilikdə, hadisə zamanı, ilkin məlumatlara görə, on nəfər ölüb. Onlardan ikisi pilot, altısı isə sərnişin olub. Həlak olanlar arasında avtomobil və motosiklet sürücüləri də var. Təyyarənin eniş etdiyi yolun hissəsi yanıb.

Qəzanın səbəbi hazırda məlum deyil. Qeyd olunur ki, təyyarədə uçuşlar üçün bütün lazımi sənədlər və lisenziyalar olub.

S.ELAY,

"Xalq qəzeti"


Dünya