"Mançester Siti" UEFA Superkubokunun qalibi olub

post-img

İngiltərənin “Mançester Siti” kıubu ilə İspaniyanın “Sevilya” komandası arasında UEFA Superkuboku uğrunda keçirilən görüş "şəhərlilər"in xeyrinə başa çatıb.

Yunanıstanın Pirey şəhərindəki Georgios Karaiçkakis stadionunda keçirilən matçı FİFA referisi Fransua Leteksye (Fransa) idarə edib.

Matçın birinci hissəsində daha fəal oyun nümayiş etdirən "Sevilya" klubu birinci hissədə meydandan qalib ayrılıb. 25-ci dəqiqədə “Sevilya”nın hücumçusu Yussef En-Nesiri Markos Akunyanın ötürməsi ilə komandasını hesabda önə çıxarıb.

İkinci hissədə əzmkar oyun nümayiş etdirən Qvardiolanın yetirmələri hesaba tarazlıq gətiriblər. Belə ki, 63-cü dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmer Rodrinin dəqiq ötürməsi ilə hesabı bərabərləşdirib-1:1.

Əsas vaxt bu hesabla başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında isə daha dəqiq oynayan “şəhərlilər" Superkubokun qalibi olublar.

 Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman