Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb

post-img

Niderlandın Eyndhoven şəhərində keirilən yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadası davam edir. Artıq Olimpiadada daha iki turun oyunları geridə qalıb. Azərbaycan Şahmat federasiyasının məlumatına görə, ikinci turda Azərbaycan komandası Qazaxıstan şahmatçıları ilə heç-heçə oynayıb-2:2.

Üçüncü turda isə yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Bolqarıstan komandasını məğlub edib-3,5:0,5.

Qeyd edilir ki, Ümumdünya Şahmat Olimpiadasında 47 ölkədən 63 komanda mübarizə aparır. Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman