"Qarabağ"dan böyükhesablı qələbə

post-img

Bu gün Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Qarabağ" kıubu "Turan-Tovuz"u qəbul edib. "Azersun Arena"da keçirilən matçı baş hakim Rauf Allahverdiyev idarə edib.

Birinci hissədə ar-arda hücumlar təşkil edən "köhlən atlar" 30-cu dəqiqədə istəklərinə çatıblar. Olavi Juninionun qolu ilə "Qarabağ" hesabı açıb-1:0. Bu qoldan sonra vir neçə kəsərli hücum təşkil edilsə də, hesab dəyişməyib. Birinci hissə Ağdam təmsilçisinin minimal hesablə qələbəsi ilə başa çatıb.

İkinci hissədə də kəsərli hücumlar təşkil edən "Qarabağ" futbolçuları 66-cı dəqiqədə Abdullah Zubirin qolu ilə fərqi iki topa çatdırıblar-2:0.  Lakin bu, oyunda son qol olmayıb. Belə ki, üç dəqiqə sonra Ağdam təmsilçisi Adama Diakabinin qolu ilə üstünlüyü bir qədər də artırıb-3:0. Bundan sonra matçda hesab dəyişməyib. Beləliklə ağdamlılar meydandan 3:0 hesablı qələbə ilə ayrılıblar. 

Qeyd edək ki, hazırda Premyer Liqada iki turun ikisində də qələbə qazanmış "Zirə" klubu 6 xalla turnir cədvəlində liderdir.

Elçin ABBASOV,

Elşən AĞALAR (foto)
"Xalq qəzeti"



















İdman