U-18 millimiz Cəbəllüttariq yığması üzərində qələbə qazandı

post-img

Bu gün Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun 5-9 -cu yerlər uğrunda oyunlarına start verilib. Oğlanlardan ibarət U-18 millimiz Cəbəllütariq yığması ilə qarşılaşıb və rəqibinə 75-58 hesabı ilə qalib gəlib.

Avropa çempionatı “C” divizionunda 5-9 -cu yerlər uğrunda mübarizədə millimizin növbəti rəqibi Andorra yığması olacaq. Oyun 5 avqust saat 12:30 -da start götürəcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman