Çinin Rusiya Federasiyasındakı səfirliyi Rusiya hüquq-mühafizə orqanlarının Rusiya-Qazaxıstan sərhədində çinlilərə qarşı “sərt və həddindən artıq hərəkətləri”ni açıqlayıb. Bu barədə “Kommersant” xəbər verir.
Qəzet qeyd edir ki, insident iyulun 29-da Rusiya-Qazaxıstan sərhədində baş verib. O zaman beş Çin vətəndaşı "dörd saat ərzində təkrar sorğu-sual edilib", ölkəyə giriş qadağan olunub və turist vizaları ləğv edilib.
Çin səfirliyi hadisəni öyrənərək Rusiya Xarici İşlər Nazirliyinə, Federal Təhlükəsizlik Xidmətinə və sərhəd xidmətinə təqdimatla çıxış edib. Diplomatik missiya vurğulayıb ki, bu, Çin-Rusiya dostluğunun mənzərəsinə, eləcə də dövlətlər arasında dostluq humanitar mübadilələrinin artması tendensiyası ilə ziddiyyət təşkil edir.
Səfirlik “insidentin səbəbini izah etməyi, mənfi təsirin aradan qaldırılması üçün tədbirlər görməyi və gələcəkdə belə hadisələrin baş verməməsini təmin etməyi” tələb edib, həmçinin Rusiya tərəfini bu insidentlə bağlı əlavə araşdırma aparmağa çağırıb.
S.ELAY,
"Xalq qəzeti"