Maduro Trampı ona qarşı sui-qəsd hazırlamaqda ittiham edir

post-img

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, 2018-ci ildə sui-qəsd cəhdini şəxsən o vaxt ABŞ prezidenti olmuş Donald Tramp təşkil edib. Onun sözlərinə görə, Amerika administrasiyası Kolumbiya hakimiyyətinə bunu əmr edib. N.Maduro deyib ki, sui-qəsdin əsas təşkilatçılarından biri olan Venesuela parlamentinin keçmiş deputatı Xulio Borxesin hazırda Kolumbiyadadır.

"Bir neçə ildən sonra keçmiş prezident Donald Trampın, Ağ Evin və Kolumbiya prezidentinə sui-qəsd hazırlamağı əmr edən Donald Tramp hökumətinin şəxsi və birbaşa məsuliyyəti məlum olub", - cənab Maduro Venesuela Milli Qvardiyasının 86-cı ildönümünə həsr olunmuş bayram mərasimində deyib. 

Venesuela prezidenti qeyd edib ki, Xuan Manuel Santos Kolumbiyada prezidentliyinin son günlərində “terrorçu qrupların təlimini” maliyyələşdirib".

Cənab Maduroya qarşı sui-qəsd 2018-ci il avqustun 4-də baş verib. Parad zamanı partlayıcıları olan iki pilotsuz təyyarə ona yaxınlaşmağa çalışıb. Prezident qvardiyasının snayperləri pilotsuz təyyarələri vurublar. İş üzrə 17 müttəhimə həbs cəzası verilib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya