"Qəbələ" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Kiprdə "Omoniya"ya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Görüşdə ilk qolu 5-ci dəqiqədə meydan sahibləri vurublar. Roman Bezus hesabı açıb. 29-cu dəqiqədə o özünün və komandasının ikinci qolunu vurub. 39-cu dəqiqədə isə Adam Lanq 3-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib. İlk hissə bu hesabla yekunlaşıb.
İkinci hissəyə daha fəal başlayan "Qəbələ" buraxılan qollardan birinin əvəzini çıxıb. 56-cı dəqiqədə Ahmed Ayzaya baxımlı qola imza atıb. Lakin 3 dəqiqə sonra meydan sahibləri Villi Semedunun qolu ilə hesabı 4:1-ə çatdırıblar. Görüş bu hesabla da başa çatıb.
Qeyd edək ki, bu komandaların ilk duelindən də "Omoniya" klubu 3:2 hesabı ilə qalib ayrılmışdı.
Elçin ABBASOV,
"Xalq qəzeti"

