"Neftçi" növbəti mərhələyə vəsiqəni təmin edib

post-img

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi”-“Jelezniçar” matçında Bakı təmsilçisi qələbə qazanaraq növbəti mərhələyə adlayıb. 

Qeyd edək ki, ilk hissədəcə fəallıq nümayiş eydirən "ağ qaralar" 20-ci dəqiqədə Sayefin qolu ilə rəqibi məyus ediblər. İık hissə bu hesabla başa çatıb-1:0.

İkinci hissədə də fəallıq nümayiş etdirən meydan sahibləri 68-ci dəqiqədə E.İsrafilovun qolu ilə hesabı 2:0-a çatdırıblar. Bu qoldan sonra müxtəlif qol vəziyətləri yaransa da, hesab açılmayıb. Matç 2:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. Bununla da Bakı klubu növbəti mərhələyə vəsiqəni təmin edib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman