“Sabah” növbəti mərhələyə adladı

post-img

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” bu gün 2-ci təsnifat mərhələsində cavab oyunu keçirib.

Murad Musayevin yetirmələri “Bank Respublika Arena”da Latviyanın RFŞ komandasını qəbul edib.

Görüşdə hesabı qonaqlar açıblar. Amma əzmkar qələbə qazanan “Sabah” sürprizə imkan verməyib və növbəti mərhələyə yüksəlib-2:1

Xatırladaq ki, ilk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, cütün qalibi 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşacaq.

"Xalq qəzeti"

İdman