Raman Saleyi növbəti medalını qazanıb

post-img

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə, para-üzgüçümüz Raman Saleyi İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb.

Komitədən “Xalq qəzeti”nə bildirilib ki, üçqat paralimpiya çempionu 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmə növündə 58,73 saniyə nəticə göstərərək üçüncü yeri tutub.

Qeyd edək ki, Raman Saleyi iki gün öncə 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə ilə gümüş medal qazanıb. Bununla da Saley Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman