Alimlər Avropa üçün yeni təhlükənin olacağını proqnozlaşdırıblar

post-img

"Nature": Qlobal istiləşmə ilə əlaqədar Avropada yeni buz dövrü gələcək

Kopenhagen Universitetinin mütəxəssisləri qlobal istiləşmə ilə əlaqədar Avropada tezliklə buz dövrünün gələcəyini göstərən iqlimin kompüter modelini yaradıblar. Araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Alimlərin fikrincə, Qrenlandiya buzlaqlarının kəskin şəkildə əriməsi okeana güclü şirin su axını verir ki, bu da Qolfstrimi “yuya bilər”. Məhz onun sayəsində indi Avropanın mülayim iqlimi var. Əsrin ortalarında cərəyanlar sistemi pozulacaq ki, bu da təxminən 60-70 ildən sonra planetin Şimal yarımkürəsində güclü soyumaya səbəb olacaq.

Eyni zamanda, ekvator zonasında istilik və quraqlıq yalnız güclənəcək. Dəyişikliklər, həmçinin dəniz səviyyəsinin qalxması, daha çox qasırğa və daha çox daşqınla müşayiət olunacaq. Bu vəziyyət ciddi problemlərə, ərzaq böhranına səbəb ola bilər.

Bununla belə, alimlər qeyd ediblər ki, alternativ ssenari var və ona əsasən temperatur yüksəlməyə davam edəcək.

S.ELAY,

"Xalq qəzeti"

Ekologiya