Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəli açıqlanıb

post-img

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqustun 1-nə olan reytinq cədvəli açıqlanıb.

“Xalq qəzeti” Nazirliyin rəsmi saytına istinadən bildirir ki, siyahıya 780 xalla bədii gimnastımız Zöhrə Ağamirova başçılıq edir. 
705 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikincidir. Cüdoçu Zelim Kotsoyev isə 410 xalla üçüncü pillədə qərarlaşıb.

Onu da əlavə edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman