Paralimpiya Oyunlarına daha bir lisenziya

post-img

Azərbaycan paraüzgüçüsü Raman Saley dünya çempionatında gümüş medal qazanıb. 

İngiltərənin Mançester şəhərində keçirilən yarışda təmsilçimiz 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə göstərərək fəxri kürsü­nün ikinci pilləsinə qalxıb. Bununla da, 3 qat paralimpiya çempionu Azərbaycana Paris–2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırıb. 

Üzgüçümüz 100 metr məsafəyə batterflyay üsulu ilə üzmə yarışında isə 58.72 saniyə nəticə ilə finala çıxıb. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman