Güləşçimiz dünya çempionatının finalında

post-img

Türkiyənin İstanbul şəhərində U-17 dünya çempionatında güləşçilərimiz mübarizəyə başlayıblar. 

Yarışın birinci günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənlə­şib. Təmsilçilərimizdən iyul ayında U-15 Avropa çempionatının qalibi olan Yusif Əhmədlinin (65 kq) yuxarı yaş kateqo­riyasında debütü uğurlu alınıb. Yarışa inamla başlayan Azərbaycan pəhləvanı bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi rusiyalı Zaur Beslekoyev olacaq. 

Komandamızın digər üzvləri Elnar Zi­yadov (48 kq), Elmin Əliyev (80 kq) təsəl­liverici görüşdə mübarizə aparacaqlar. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman