Bu axşam Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxacaq. “Köhlən atlar” Polşa təmsilçisi “Rakuv”u sınağa çəkəcəklər.
Bakı Olimpiya Stadionunda keçiriləcək matç yerli vaxtla saat 20:00-da start götürəcək. Matçın baş hakimi Sven Yablonski olacaq.
Qeyd edək ki, ilk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan “Qarabağ” növbəti mərhələyə adlamaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidir.
Elçin ABBASOV,
“Xalq qəzeti”