AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

post-img

№  253                                                                       Bakı şəhəri,  31  iyul  2023-cü il

 

“Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:             

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 21 noyabr tarixli 402 nömrəli Qərarı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 130; 2010, № 3, maddə 264; 2020, № 4, maddə 480, № 11, maddə 1401; 2021, № 3, maddə 275; 2022, № 8, maddə 1013, № 9, maddə 1098) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaşların qida normaları”nda cədvəldən sonrakı mətndə üçüncü abzas dördüncü abzas hesab olunsun və həmin mətnə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarına uyğun olaraq Fərdi Reabilitasiya Proqramı ilə müəyyən edilən və kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacı olan əlilliyi olan şəxsləri reabilitasiya müəssisələrində müşayiət edən şəxslər (1 nəfərdən çox olmamaqla) üçün qida normalarının “Ümumi tipli əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri (böyüklər)” üçün müəyyən edilmiş normalara uyğun tətbiq edilməsi dövlət büdcəsi hesabına təmin edilir.”.

 

                          Əli Əsədov

                                  Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları