Milli Məclisin deputatları “humanitar fəlakət” təxribatını pisləyirlər

post-img

Azərbaycan Respublikası Milli Məclisinin 40 deputatı Laçın–Xankəndi yolu və Fransa ilə bağlı açıq məktub yayıblar. Sənəddə deyilir:

“Özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların və Ermənistan Respublikasının siyasi rəhbərliyinin yük­lərin daşınması üçün yalnız Laçın yolunun üzərində dayanması məsələnin bilərəkdən siyasiləşdirilməsi və propaqanda kimi istifadə edilməsi məqsədi daşı­yır. Azərbaycan hökuməti Qarabağın erməni sakinlə­rinin ehtiyaclarını operativ şəkildə qarşılamağa hazır olduğunu bəyan edib, o cümlədən ərzaq, dərmanlar və digər humanitar yüklərin daşınması üçün Azərbay­can Ağdam–Xankəndi yolunu təqdim edib. Bu, həm də Qarabağın erməni sakinlərinin Azərbaycana rein­teqrasiyası üçün zəruri və qaçılmaz addımdır. 

Təəssüflər olsun ki, erməni lobbisinin təsiri və müdaxiləsi nəticəsində fransalı deputatlar mütəmadi olaraq məsələnin mahiyyətini təhrif edən mövqe tuta­raq, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür­lər. Özünü hüquqi dövlət adlandıran Fransa rəsmiləri­nin belə tələblər irəli sürməsi insanlığa, mənəviyyata sığmayan çağırış, həmçinin beynəlxalq humanitar hüquqa hörmətsizlikdir”.

“Xalq qəzeti”

Siyasət