Şahmatçılarımız tay-brekdən qalib ayrıldı

post-img

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ilk raundun tay-brek görüşləri keçirilib. Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, Eltac Səfərli, Abdulla Qədimbəyli, Vüqar Əsədli, Misrətdin İskəndərov tay-brekdə qələbə qazanmaqla ikinci raunda vəsiqə qazanıblar.
Tay-brekin ən uzun partiyası Aydın Süleymanlı ilə çinli Yunqlyun Syu arasında olub. Ardıcıl 9 heç-heçədən sonra Süleymanlı 10-cu görüşdə qələbə qazanaraq növbəti mərhələdə iştirakını təmin edib.

Sabah turnirdə ikinci raunda start veriləcək. 1\64 finalda Teymur Rəcəbov Viktor Erdoş (Macarıstan), Şəhriyar Məmmədyarov Tin Jinqao (Sinqapur), Nicat Abasov Loran Fressine (Fransa), Rauf Məmmədov Aleksandr Predke (Serbiya), Qədir Hüseynov Yonas Byere (Danimarka), Vasif Durarbəyli isə Jül Mussarla (Fransa) mübarizə aparacaq.

Qadınların yarışında 1\32 finalın ilk partiyaları oynanılacaq. Azərbaycan şahmatçılarından Günay Məmmədzadə Alina Bivol (Ukrayna), Ülviyyə Fətəliyeva Moniko Soçko (Polşa), Gövhər Beydullayeva Polina Şuvalova (FIDE), Gülnar Məmmədova isə Nino Baçiaşviliyə qarşı yarışacaq.

Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman