Baş Prokurorluq Ermənistanın ekoloji cinayətlərini beynəlxalq müstəviyə çıxarır

post-img

Araz və Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluğun mət­buat xidmətindən bildirilib ki, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatı tərəfindən transsərhəd Oxçu­çayın intensiv şəkildə çirklən­dirilməsi, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya za­vodunun Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılma­dan tikilməsi, bu zaman ətraf mühitin mühafizəsi normaları­nın pozulması əlavə tədbirlə­rin görülməsini zəruri edib.

Bununla əlaqədar Azər­baycan Respublikasının Baş prokuroru tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşki­latı və Avropa Şurasına müra­ciət ünvanlanıb. 

Müraciətdə BMT-nin Transsərhəd Su Məcrala­rı və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ət­raf Mühitə təsirin ölçülməsi) konvensiyalarının, eləcə də ətraf mühitin mühafizəsinin tələblərinə dönmədən riayət edilməsi, dağ-mədən obyekt­lərinin işinin düzgün təşkili normalarına əməl olunması və ətraf mühitə dəymiş ziya­nın müəyyənləşdirilməsində ölkəmizin səlahiyyətli qurum­ları ilə əməkdaşlığın vacibliyi vurğulanıb.

“Xalq qəzeti”

Son xəbərlər