Düşənbədə boksçularımız 4 medal qazanıblar

post-img

Tacikistanın paytaxtı Düşənbədə keçirilən beynəlxalq turnirdə Azərbaycanın yeniyetmə boksçuları 1 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər.

Azərbaycan Boks Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki, komandamızın üzvü Məhəmməd Cəfərov (+80 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Əli Baxışov (50 kq) ikinci, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) üçüncü yerlərə sahib olublar. 

Turnirdə yığmamızla yanaşı, Özbəkistan, Tacikistan, Qazaxıstandan 155 
idmançı iştirak edib.

L.SABİRQIZI, “Xalq qəzeti”

 

İdman