Matteo Qabbiya “Vilyareal”a keçib

post-img

İtaliyanın “Milan” klubunun futbolçusu Matteo Qabbiya karyerasını İspaniyada davam etdirəcək. Bu barədə “Transfermarkt” məlumat yayıb.

Mənbə qeyd edir ki, 24 yaşlı müdafiəçi “Vilyarreal”a icarə əsasında keçib. Onun müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, “Milan”ın yetirməsi olan təcrübəli müdafiəçi ötən mövsüm 17 oyuna çıxıb və bir qolla yadda qalıb.

Elçin ABBASOV, 
“Xalq qəzeti”

İdman