Azərbaycanın strateji valyuta ehtiyatları 66 milyard dollara çatıb

post-img

İyulda Azərbaycanın strateji valyuta ehtiyatları 65,9 milyard dollara çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov məlumat verib.

O bildirib ki, strateji valyuta ehtiyatları son bir ildə 12,7 faiz artıb.

Bundan əlavə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib ki, Azərbaycan Mərkəzi Bankı 2023-2024-cü illərdə ümumi daxili məhsulun 4-5 faiz, qeyri-neft sektorunun isə 5-6 faiz artacağını proqnozlaşdırır. 

İqtisadiyyat