Türkiyənin ən böyük insansız quru platforması xidmətə hazırdır

post-img

Türkiyənin ən böyük "Gölgü Süvari" insansız quru platforması xidmətə hazırdır.

"Gölge Süvari" 13,5 tonla Ankarada sınaqdan keçirilib.

Məlumata görə, istehsalçı FNSS qarşıdakı aylarda Türkiyə Quru Qoşunlarına 5 ədəd "Gölge Süvari"ni təslim edəcək.

Qeyd edək ki, "Gölge Süvari" ilk dəfə 2019-cu ildə IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilib. Platforma hazırda keçirilən IDEF-2023 sərgisində də ictimaiyyətə təqdim edilir. Bundan başqa, bir neçə hərbi təlimdə uğurla tətbiq edilib. 

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya