Moskva Rusiya-Afrika sammitinə hazırlaşır

post-img

İyulun 27-28-də Moskvada Rusiya-Afrika iqtisadi forumu keçiriləcək. Prezident Putin forum iştirakşılarına müraciətində bəyan edir ki, son illərdə ölkəsinin Afrika ilə əməkdaşlığı yeni mərhələyə qalxıb. 

Məlumatı Kremlin saytına istinadən “İzvestiya.ru” verib.

Gələcəkdə əlaqələri davam etdirmək niyyətini bəyan edən Rusiya lideri yoxsulluqla mübarizə, müasir kadrların hazırlanması, ərzaq təhlükəsizliyinin təminatı, iqlim dəyişikliyi kimi məsələlərdə birgə işləməyin vacibliyini bildirib. 

Putin deyib ki, Afrika dövlətlərinin sosial-iqtisadi sabitliyə və tərəqqiyə can atmasını, eləcə də özlərini çoxqütblü dünyanın bir kəməri kimi göstərməsini  dəstəkləyir. 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Dünya