“Sabah” heyətini gücləndirir

post-img

“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib. Belə ki, Premyer Liqa təmsilçisi mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalayıb. Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib. 

Bildirilib ki, Hadudi yeni komandasında 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Hadudi karyerası ərzində ölkəsinin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarının uğurları üçün çalışıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman