Messinin yeni rekordu

post-img

ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi karyerası ərzində 100 fərqli kluba qol vurub. Argentinalı ulduz futbolçu buna Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda “Atlanta Yunayted”lə görüşündə nail olub. Bu barədə “Eurosport” xəbər verib.

Mənbə qeyd edir ki, Lionel Messi MLS təmsilçilərinin gərgin keçən mübarizəsində komandasının 4:0 hesablı qələbəsində 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da sonuncu dünya çempionu 100 fərqli klubun qapısına yol tapmağı bacarıb.

Onu da əlavə edək ki, Liqa Kubokunun qrupunda keçirdiyi hər iki oyunda qələbə qazanan “İnter Mayami” onaltıdabir finala yüksəlib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman