“Apple” evə çatdırır...

post-img

“Apple” şirkəti yeni proqram təqdim edir. Bu xidmətlə məhsulların müştərilərin evlərinə çatdırılacağı planlaşdırılır.

“Apple” öz mağazaları üçün yeni tətbiqi avqustun əvvəlində istifadəyə verəcək. “EasyPay”– onlayn sifariş ad­lanan bu xidmət mağazadan alış-veriş edən müştərilərə məhsullarını evlərinə çatdırmaq imkanı yaradacaq. Müş­tərilər məhsulları təkcə onlayn deyil, mağazadan almaq istədikdə də şirkət tərəfindən xüsusi olaraq evlərinə gəti­riləcək.

Qeyd edək ki, şirkət “iPhone 15” seriyasının təqdimatından əvvəl bu proqramı işə salmaqla, yeni modellər tükəndiyi halda müştərilərə evə çatdı­rılma variantını təklif etməyi hədəfləyir.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya